Maşınla piyadanı vurub öldürdü

masinla-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1261

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı avtomobil yolu keçmək istəyən 36 yaşlı Əsgərov Füzulini vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılan zaman yolda ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli