Şirvanda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin G.Şıxbalaoğlu küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini Tağıyev Musa Cəlil oğlu yolu keçmək istəyən zaman onu “Hyundai” markalı minik avtomobili vurub.
Ağır bədən xəsarətləri alan M.Tağıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər