Maşınla velosiped sürənləri vurdu - DİN-dən açıqlama

masinla-velosiped-surenleri-vurdu
Oxunma sayı: 734

Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəza baş verib.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi “BMW” markalı avtomobillə  toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.