Maşınla velosipedçini vurub öldürdü

masinla-velosipedcini-vurub-oldurdu
Oxunma sayı: 2265

Göyçayda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Şıxbəy kəndində qeydə alınıb.

Belə ki, rayonun Şıxbəy kənd sakini 1980-ci il təvəllüdlü Cabbarov Tural Əlihüseyn oğlu velosipedlə hərəkətə olan zaman “KİA" markalı minik avtomobili onu vurub.

Ağır bədən xəsarətləri alan T.Cəbrayılov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli