Qusar rayonunun Balaqusar, Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini maşınla vurub zədələyiblər.
Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, dünən axşam saat 16:50-dən həmin ərazinin qaz təchizatı daxildən dayandırılıb. Təmir-bərpa işləri müddətində ümumilikdə 615 abonentin qaz təchizatında fasilə yaranıb.

Son xəbərlər
Son Xəbərlər