“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, Standartlaşdırma, Metralogiya və Patent üzrə Dövlət Komitəsinin qərarına əsasən nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin, yəni arxadakı yan şüşələrin işıq buraxma qabiliyyəti 70 %-dən az olmamalıdır. Bakı şəhər Dövlət Yol Polisindən İdarəsindən isə də bildirdilər ki, Komitənin bu qərarı avtomobilin salonunda əyləşən insanların üzünə günəş şüalarının düşməməsi üçündür. Amma sürücülər bu qaydalara indi yox, vaxtında əməl etməlidirlər.
BŞDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyir ki, bu qərarı bəzi insanlar ola bilsin ki, düzgün başa düşməsin. Sürücülər bilməlidirlər ki, avtomobilin küləyə qarşı olan hissəsinə, yan şüşələrə plyonka və pərdə çəkmək olmaz. Bu zaman sürücülər inzibati qaydada 150 manatdək cərimə olunacaqlar.
Qeyd edək ki, bu qərar yəni avtomobillərdə jalüzlərdən istifadə mayın 1-dən noyabrın 15-dək qüvvədə olacaq.
Son xəbərlər
Son Xəbərlər