Paytaxtın Nərimanov və Nəsimi rayonları ərazilərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Astara rayon sakini İbrahim Əlizadə tutulub, onun həmçinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
Nəsimi rayonunda A.Qazıyevanın “Opel” markalı avtomobilindən içərisində 100 manat pul, sənəd, geyim əşyaları və açar olan çantanı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Mustafa Sarıyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər