Maşınlardan telefon oğurlayan qadın həbs olundu

masinlardan-telefon-ogurlayan-qadin-hebs-olundu
Oxunma sayı: 1101

Maşınlardan planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən qadın və onun dostu həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-3-də Bakı şəhər sakinləri Orxan Abbaslıya və Vüqar Gərayevə məxsus avtomobillərdən planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş – Şabran rayon sakini Mehman Əliyev və Balakən rayon sakini Leyla Şahverdiyeva tutulublar.