Britaniya parlamenti amerikalı iş adamı İlon Maskı “X” sosial şəbəkəsinin fəaliyyəti, xüsusən də moderasiya məsələsi və nifrət dolu məzmunla mübarizə ilə bağlı ifadə vermək üçün çağıra bilər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Financial Times” yazıb.
Hakim İşçi Partiyasından olan deputat Daun Butler Maskı şahid qismində dəvət etmək istədiklərini bildirib.
“Komitənin nifrət dolu materialların yayılmasında alqoritmlərdən istifadəni və “X” və digər sosial şəbəkələrdə bu cür məzmunun moderasiyasını rəsmi şəkildə yoxlaması həyati əhəmiyyət kəsb edir”, - o vurğulayıb.
Üstəlik qeyd olunur ki, rəsmi gündəliyə məhəl qoyulmazsa, qanunvericilər bunu parlamentə hörmətsizlik kimi qiymətləndirə bilər.