Amerikalı sahibkar İlon Mask Fransada saxlanılan teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovu azad etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu haqda “X” platformasındakı hesabında paylaşım edib.
“#FreePavel” (Pavelə azadlıq) , - iş adamı yazıb.
Qeyd edək ki, Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.
Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.