Mask “Mançester Yunayted”i almaq istəyir - Foto

mask-mancester-yunaytedi-almaq-isteyir
Oxunma sayı: 2607

Amerikalı iş adamı İlon Mask “Mançester Yunayted” futbol klubunu satın almaq istədiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb.

“Açığını deyim ki, mən Respublikaçılar Partiyasının sol yarısını və Demokrat Partiyasının sağ yarısını dəstəkləyirəm! Bundan əlavə, “Mançester Yunayted”i satın alıram, xoş gəlmisiniz”, - deyə o, qeyd edib.

Klubun nəzarət paketi ABŞ-dan olan Qleyzer ailəsinə məxsusdur. Lakin “Yunayted” azarkeşləri dəfələrlə klub sahiblərinin siyasətindən narazılıqlarını bildiriblər.

Qeyd edək ki, amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini almaq istəsə də, daha sonra bundan imtina etmişdi.