“Tesla” şirkətinin yaradıcısı və dünyanın ən zəngin insanı İlon Mask Kanadanın Baş naziri Castin Trüdonu Adolf Hitler ilə müqayisə edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Mask öz tviter hesabında Adolf Hitlerin üzərində “Bəsdirin məni Castin Trüdo ilə müqayisə etdiniz. Mənim büdcəm var idi” yazılan fotosunu paylaşıb.
Belə güman edilir ki, milyarder bununla Kanadada yük avtomobilləri sürücülərinin koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə etiraz məqsədilə keçirilən aksiyalarını dəstəkləmək və Trüdo hökumətinin siyasətini tənqid etmək istəyib. Mask sözügedən fotonu fevralın 16-sı paylaşıb və üzərindən bir müddət keçəndən sonra silib. O, bunu hansı səbəbdən etdiyinə aydınlıq gətirməyib.
“Reuters” agentliyinin məlumatına görə, biznesmenin bu paylaşımı geniş müzakirələrə səbəb olub və yəhudi təşkilatlarının kəskin tənqidi ilə üzləşib.

Son xəbərlər
Son Xəbərlər