Koronavirusa yoluxmuş şəxslərin maskadan istifadə etməməsi sağlam insanlara (maska taxan) yoluxma riskini 70%-ə kimi artırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Hazırlanmış infoqrafikada bildirilir ki, COVİD-19 daşıyıcısı maska taxdığı təqdirdə maska taxmayan sağlam insana virusun yoluxma faizi 5-ə düşür.
Əgər həm virus daşıyıcısı, həm də sağlam şəxs maskadan istifadə edərsə, bu zaman yoluxma ehtimalı 1,5 faizə bərabər olur.

Son xəbərlər
Son Xəbərlər