Tədqiqatçılar belə qənaətə gəliblər ki, tibbi maskaların içində əmələ gələn rütubət COVID-19-a yoluxan şəxslərdə koronavirusun şiddətini azalda bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Səhiyyə İnstitutunun saytında məqalə dərc olunub.
İnstitutun alimləri fərqli üz maskalarında müşahidə olunan rütubəti müqayisə ediblər.
Könüllülər üzərində aparılan təcrübələrdən sonra bu qənaətə gəlinib ki, maskalar onlardan istifadə edənləri COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu yaymaqdan və ona yoluxmaqdan qoruyur.
Alimlər bildiriblər ki, maskalar həm də tənəffüs xəstəlikləri ilə mübarizə aparmağa kömək edir.
Belə ki, maska onu istifadə edən şəxsin nəfəs aldığı havadakı rütubəti nəzərəçarpan dərəcədə artırır. Rütubətli hava eyni zamanda mukosiliar klirensə - ağciyərlərdən bəlğəm və potensial zərərli hissəcikləri təmizləyən respirator traktın müdafiə mexanizminə səbəb olmaqla virusun ağciyərlərə yayılmasını məhdudlaşdıra bilər. Bu da immmunitetin güclənməsinə təsir edir.
Son xəbərlər
Son Xəbərlər