Maskalı şəxslər qohumları olan ər-arvadı döyüb - Pullarını apardılar

maskali-sexsler-qohumlari-olan-er-arvadi-doyub
Oxunma sayı: 1430

Sabirabad rayonunda qohumunun evinə girən maskalı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 17-də rayonun Qalağayın kəndində baş verib. Kənd sakini Ələkbər Əsədovun evinə 2 maskalı şəxs girib. Həmin şəxslər onu və arvadı Sümbülü döyərək oradan pul aparıblar.

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən ev sahibinin qohumları - Ceyhun Qurbanov və Vüqar Qurbanov tutulublar.

Murad Əhməd