Maskalı sonuncu gün... - Fotolar

maskali-sonuncu-gun
Oxunma sayı: 12339

Xəbər verdiyimiz kimi, mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

“Qafqazinfo”nun məlumatına görə, sabahdan etibarən artıq bütün qapalı məkanlarda, o cümlədən, avtobuslarda, metrostansiyalarda, ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində, hava limanı ərazisində, təhsil müəssisələrində və s. tibbi maskalardan istifadə məcburi xarakter daşımayacaq.

Xəbəri rus dilində oxuyun: Не пропустите праздничное предложение на Рамазан от İrşad

Qeyd edək ki, Azərbaycanda qapalı məkanlarda maska taxmaq tələbi 2020-ci ilin iyunundan tətbiq olunmağa başlamış, həmin ilin noyabrında tələb açıq məkanlara da şamil edilməyə başlamışdı. 2021-ci ilin mayında açıq havada maskadan istifadə məcburiyyəti ləğv edilmişdi.

“Qafqazinfo”nun fotoqrafı Müzəffər İsmayılov tibbi maskadan istifadə etdiyimiz sonuncu gündə Bakının müxtəlif yerlərində olub. O, tibbi maskalarla “vidalaşdığımız” sonuncu gündən fotolar lentə alıb.