Maskalılar maşınına oturub 10 minini apardılar

maskalilar-masinina-oturub-10-minini-apardilar
Oxunma sayı: 2236

Bakı şəhər sakini C.Səfərov idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxs ona hücum edib. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə aprelin 28-də saat 20 radələrində qeydə alınıb. 

Avtomobilə oturan həmin şəxslər ona bıçaqla ayağından xəsarət yetirərək 10.000 ABŞ dollarını cibindən götürərək gediblər. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.