Xəbər verdiyimiz kimi, İlon Maskın sahib olduğu “SpaceX” şirkəti yanvarın 8-nə keçən gecə ABŞ hökumətinin sifarişi ilə “Falcon 9” adlı peyki kosmosa buraxıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, peyk göyə qalxdıqdan sonra radarlardan itib və yoxa çıxıb.
Peykin hansı istiqamətdə uçduğu bilinmir.
Məsələ ilə bağlı şirkətdən bildirilib ki, problem “SpaceX”lə əlaqəli deyil. Lakin, problemin nədən ibarət olduğu açıqlanmayıb.

Son xəbərlər
Son Xəbərlər