Maştağa, Binəqədi və Beyləqan sakinlərinin nəzərinə

mastaga-bineqedi-ve-beyleqan-sakinlerinin-nezerine
Oxunma sayı: 1939

Bu gün saat 10:00-dan etibarən Sabunçu rayonu,  Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində, həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində təbii qazın təchizatı dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “AZƏRİQAZ” İB məlumat yayıb. Məhdudiyyətə səbəb orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılmasıdır.