Maştağa-Zabrat yolunda marşrut qəzaya düşdü

mastaga-zabrat-yolunda-marsrut-qezaya-dusdu
Oxunma sayı: 2171

Bu gün səhər saatlarında 107 nömrəli marşrut qəzaya düşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb. O bildirib ki, “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib:

"Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsi idarəetməni itirib. Nəticədə, avtobus yoldan kənara çıxıb.

Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin xəsarət aldığı bildirilir".