Maştağada 1449 çətənə kolu əkdilər - Fotolar

mastagada-1449-cetene-kolu-ekdiler
Oxunma sayı: 2597

Qanunsuz olaraq odlu silah-sursatın saxlanılması, eləcə də narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan Sabunçu rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayon sakinləri Anar Məcidov, Ağakamal Zəkiyev və qardaşı Ağazakir tutulublar.

Saxlanılan şəxslərin Maştağa qəsəbəsində yaşadıqları evə baxış zamanı müvafiq sənədləri olmayan “Makarov” markalı tapança, “Vinçester” markalı ov tüfəngi, 1 ədəd patron darağı və 17 ədəd müxtəlif çaplı patron, habelə, həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 940 kiloqram olan 1449 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Murad Əhməd