Maştağada 6 saatdır ki, işıq yoxdur - Ağacların budanmasına görə

mastagada-6-saatdir-ki-isiq-yoxdur-
Oxunma sayı: 1380

Bu gün səhər saatlarından etibarən Maştağa qəsəbəsinin bir hissəsində işıqlar sönüb.

Bu barədə “Qafqazinfo”ya qəsəbənin M.Ə.Sabir küçəsinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, küçədə artıq 6 saatdan çoxdur ki, işıq yoxdur.

“Qafqazinfo” məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb.

O bildirib ki, sözügedən ərazidə qış rejimindən yay rejiminə keçidlə əlaqədar yenidənqurma işləri aparılır:

“Ağacların budanması, təmizlənməsi həyata keçirilir ki, onlar işıq xətlərinə maneə törətməsinlər. Buna görə də əməkdaşlarımızın təhlükəsizliyi məqsədilə ərazidə işıqlar söndürülüb. Yaxın vaxtlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Günel Türksoy