Maştağada avtobus piyadanı vurub öldürüb

mastagada-avtobus-piyadani-vurub-oldurub
Oxunma sayı: 1024

Yanvarın 20-də saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub. 

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən R.Əliyev yanvarın 25-də orada ölüb. 

Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.