MasterCard-dan Nyu-York səfəri hədiyyə

mastercard-dan-nyu-york-seferi-hediyye
Oxunma sayı: 706


Aprel ayının 1-dən iyul ayının 3-dək Xalq Bankın MasterCard plastik kart sahiblərinin tərəfdaş məntəqələrdə 1 manatdan başlayan bütün əməliyyatları “Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində keçiriləcək lotereyada iştirak edəcəklər. Məbləğdən asılı olmayaraq plastik kart vasitəsilə həyata keçirilmiş hər bir əməliyyat sahibinə bir uduş şansı verir. Daha çox əməliyyat, daha çox şans deməkdir. 

Lotereyanın əsas mükafatını qazanan şəxs 1000 manat dəyərində alış-veriş kuponu ilə Nyu-Yorka 5 günlük səfər edəcək. Bundan əlavə lotereyada 8 ədəd İphone 6 smartfonu və 20 ədəd 100 manat dəyərində alış-veriş kuponu oynanılacaq. 

Əlavə olaraq “Qiymətsiz üstünlüklər” platforması MasterCard-ın ölkəmizdə fəaliyyət göstərən 81 tərəfdaş şirkətinin (tərəfdaş şirkətlərin siyahısı burada: http://www.mastercard.com/tr/consumer/azerbaijanloyaltycampaign.html) məhsul və xidmətlərinə 10% endirim tətbiq edir. Bu siyahıda dünyada məşhur olan brendlərin mağazaları, istirahət məkanları və restoranlar daxildir.

Qeyd edək ki, ASC “Xalq” Bankı MasterCard İnternational beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür.