Matçı izləmək üçün konsertini dayandırdı

matci-izlemek-ucun-konsertini-dayandirdi
Oxunma sayı: 9155

Amerikanın məşhur "The Killers" rok qrupu  Londondakı konsertini yarımçıq dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, buna səbəb qrup üzvlərinin İngiltərənin AÇ-2024-ün yarımfinalındakı matçını izləmək olub.

Onlar 10 ifadan sonra böyül monitorlarda matçı izləyiblər.

Qeyd edək ki, AÇ-2024-ün finalı iyulun 14-də İngiltərə və İspaniya milliləri arasında baş tutacaq.