Matviyenko Dağlıq Qarabağla bağlı çağırış etdi

matviyenko-dagliq-qarabagla-bagli-cagiris-etdi
Oxunma sayı: 10114

Rusiya Federasiya Şurasının spikeri, MDB Üzv Dövlətlərinin Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenko bütün məsuliyyətli dünya qüvvələrini Dağlıq Qarabağdakı münaqişəyə müdaxilə etməməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bütün cavabdeh dünya qüvvələrini bu münaqişəyə hər hansı bir müdaxilədən çəkinməyə çağırırıq, beynəlxalq ictimaiyyətin döyüş əməliyyatlarına son qoyulması və ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesinə qayıtması üçün qeyd-şərtsiz prioritet xəttini qoruyub saxlayırıq”,- deyə Matviyenko qeyd edib.