Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəni “Eurovision” mahnı müsabiqəsində təmsil edən Manizhanı sərt bir şəkildə tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, o, Birinci kanaldan mahnının necə seçilməyi barədə hesabat istəyib. Eyni zamanda, müzakirələrə səbəb “Russian woman”ın absurd mahnı olduğunu qeyd edib, sözlərinin dəyişdirilməsini tələb edib.
Federasiya Şurasının üzvü Yelena Afanasyeva da sədrin fikirlərinə qoşularaq müğənninin şəxsi problemlərini rus qadınlar adına təqdim etməsinin yolverilməz olduğunu bildirib:
“Mahnı tam anlaşılmır. Aqressivdir. Həll olunmamış şəxsi problemləri olan 30 yaşlı hələ də ərgən olan bir qızdan danışılır. Bunun rus qadınlara nə aidiyyatı var?”
Qeyd edək ki, Manizha Rusiyada tacik olduğuna görə irqçi ayrıseçkiliyə məruz qalır.
Son xəbərlər
Son Xəbərlər