Mavi Mərmərə tədqiqatının nəticələri

mavi-mermere-tedqiqatinin-neticeleri
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, tədqiqtçı hrsab edir ki, İsrail liderinin "Mavi Mərmərə" insidentinə görə Turkiyə hökumətindən üzr istəməsi Yaxın Şərqdə sülhün, sabitliyin və demokratiyanın inkişafına xidmət edəcək: “Bununla regionda ABŞ-ın, Qərbin mövqeyi tam möhkəmlənib bölgədəki bir sıra avtoritar rejimlərdə demokratik dəyişikliklərə təkan olacaq. Mənim də İsrail və Türkiyəyə səfərlər etməklə həmin insidenti müstəqil araşdırmağım bu iki ölkə arasında konfliktin yersiz olduğunu, bunun Türkiyədə məskunlaşan İHH və "Məzlumdar" kimi dini ekstremist təşkilatların səyi ilə süni törədildiyini sübut etmək idi. O zaman apardığım araşdırmanın nəticələrini bir daha təqdim edirəm”.

“Mavi Mərmərə” Türkiyə-İsrail Konfliktinin müstəqil təhqiqatın nəticələri.


31 may 2010-cu il tarixdə Aralıq Dənizi sularında “Mavi Mərmərə” gəmisində baş vermiş, coxsayli insan itkisi və xəsarəti ilə müşaiyət olunmaqla, nəticədə Türkiyə və İsrail arasında konfliktə səbəb olmuş qanlı qarşıdurmanın komplekt müstəqil araşdırılması aşağıdakı nəticələri doğurdu:

- “Mavi Mərəmərə” insidenti mənşəyinə görə Türkiyə və İsrail dövlətləri və xalqlarının arzulamadığı və gözləmədiyi, eyni zamanda bu xalqlar arasındakı tarixi ənənəvi münasibətlərə adekvat olmayan, süni yaradılmış konfliktin təzahürüdür.
- İnsidentin bilavasitə iştirakçıları-İsrail əsgərləri və “Qəzzaya yardım” Türkiyə missiyaçılarının məqsədi heç də qan tökmək və bir-birini məhv etmək olmayıb. Proses öz normal axarında Qəzza sahilində sularda etiraz aksiyası ilə dünya ictimaiyyətinin diqqətini cəlb edilməsi və aksiyanın danışıqlar yolu ilə yatırılması ilə başa çatmalı idi. Ancaq bəzi ciddi səbəblər prosesi öz təbii axarından çıxararaq qanli nəticəyə yönəldib.
- Qarşıdurmanı gözlənilməz qanlı-faciəvi insan itkisinə yönəldən əsas səbəb aksiyanın yatırılması üçün xüsusi təyinatlı kommandosdan istifade edilməsi və həm də missiyaçılar içərisində xüsusi hazirlanmış ekstremist təxribat qrupunun əsgərlərə qarşı aqressiv itaətsizliyi olmuşdur.
- Hər iki qarşıdurma tərəflərinin bu cür ifrat addimlar atmasına səbəb onların əvvəlcədən prinsipal əhvalla yüklənməsi və eyni zamanda qarşıdurma zamanı bir sıra digər emosional-psixoloji, ictimai, geosiyasi və siyasi faktorlar kompleksinin yaratdığı ekstremal vəziyyət olmuşdur.
- İnsidentin faciəli sonluğuna şərait yaradan digər vacib faktor İsrail və Türkiyə hökumətlərinin prosesi əvvəldən izləməklə bərabər ona sonacan soyuqqanlı yanaşmaları olmuşdur. Belə ki, hər iki hökumətin proses barədə dəqiq və tam məlumatlı olmasına baxmayaraq həm 3 aylıq “Qəzzaya yardım flotiliyası”nın Antaliyada(Türkiyə) səfər hazırligı, həm gecə Aralıq dənizi sularında insidentdən əvvəlki 6 saatlıq dövrləri, həm də son faciə anında məsələnin dinc yolla çözülməsi yolunda hər hansı anlaşma əldə etməmişlər və bunun da əsas səbəbi bu iki ölkə arasındaki siyasi gərginlik olmuşdur.
- Bir sıra, BMT və sairə kimi nüfuzlu beynəlxalq təşkilatlar və güclü təsirə malik dövlətlər də təəssüf ki, bu gərgin anlarda təəccüblü susqunluq göstərmişlər.
- “Qəzzaya Yardım Flotiliyası” əslində fələstinlilərə dəstək adı ilə dünya ictimaiyyətinin diqqətini İsrailin Qəzza sektorunu blokadaya almasına qarşı yönəldə biləcək etiraz aksiyası xarakteri daşımışdır. Həmin missiya humanitardan daha çox siyasi missiya daşımışdır.
- Araşdırmada o da müşahidə olunur ki, belə bir qanlı faciəni və dövlətləarası konflikti proqramlaşdırıb ssenarisini hazırlayan başqa bir üçüncü qüvvə vardır və görünür ki, İsrail və Türkiyə dövlətləri arasında ciddi konfliktin yaranması həmin üçüncü qüvvənin əsas məqsədi olub. Həmin qüvvə, onun mahiyyəti və məlum konfliktdəki rolu ayrı bir araşdırma mövzusudur.
10 iyul-10 sentyabr 2010. Bakı-Istanbul-Ankara Yerusalem-TelAviv-Bakı.