Mayakovskinin qızı vəfat etdi

mayakovskinin-qizi-vefat-etdi
Oxunma sayı: 1945

Tanınmış sovet şairi Vladimir Mayakovskinin qızı Yelena Mayakovskaya vəfat edib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Yelena Mayakovskaya 89 yaşında Nyu-Yorkda dünyasını dəyişib. Bu barədə Mayakovski Muzeyinin direktoru Aleksey Lobov “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Y. Mayakovskaya 1926-cı il iyunun 15-də dünyaya gəlib. O, filosof, kino tənqidçi olub. 15-dən artıq əsərin müəllifidir.