Mayamidə çökən binanın dağıntıları altından axırıncı şəxsin də meyiti çıxarıldı

mayamide-coken-binanin-dagintilari-altindan-axirinci-sexsin-de-meyiti-cixarildi
Oxunma sayı: 1318

ABŞ-ın Florida ştatının Mayami şəhərinin Sörfsayd bölgəsində iyunun 24-də çökən 13 mərtəbəli binanın dağıntıları altından axtarışları aparılan son şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla ölənlərin sayı 98-ə çatıb.

Məlumata görə, nəşi tapılan şəxs 54 yaşlı Estelle Hedadır.