Mayda qiymətlər necə idi?

mayda-qiymetler-nece-idi
Oxunma sayı: 754

 

“Qafqazinfo” xəbər verir ki, may ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,4 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının uyğun olaraq 5,4 və 0,7 faiz ucuzlaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşıb.

Birillik bitkilərdən lobya dəninin, baş kələmin, xiyarın, pomidorun, baş soğanın, quru otun istehsalçı qiyməti ucuzlaşmış, buğdanın, arpa dəninin istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən limonun, şabalıdın, fındığın istehsalçı qiyməti bahalaşmış, gül və tərəvəz şitilinin istehsalçı qiyməti isə ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yununun, südün, yumurtanın, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşmış, mal, qoyun və donuz ətinin (diri çəkidə), diri ev quşlarının, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə bahalaşıb.