"Poroşenko partiyamızın böyük dəstəyinə malikdir. İstənilən halda o, bizim partiyamızın qurucularındandır. Düşünürəm ki, Poroşenko ölkənin şərqi ilə qərbini barışdırmağı bacaracaq" - deyə Regionlar partiyasının millər vəkili Anna German qeyd edib.
Prezidentin inaqursaiya mərasiminə, eyni zamanda, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden və Avropa Şurasının prezidenti Herman Van Rompöyün də qatılacağı gözlənilir.
Bu arada, Kiyevdə isə, yeni mer Vitali Kliçkonun vəzifəsi artıq rəsmiləşib. UDAR partiyasının lideri elə ilk gündən şəhərdə abadlıq işlərinə start verəcəyini bildirib.