Mayın ilk günü 26 dərəcə isti olacaq

mayin-ilk-gunu-26-derece-isti-olacaq
Oxunma sayı: 1279

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər saatlarında zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 18-22° isti, Bakıda gecə 10-12° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin  gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 7-12° isti, gündüz  21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.