Mayk Penslə həyat yoldaşı evsiz qaldı

mayk-pensle-heyat-yoldasi-evsiz-qaldi
Oxunma sayı: 2572

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens və xanımı Vaşinqtondan ayrılaraq doğma əyalətlərinə qayıtdıqdan sonra evsiz qalıblar və yaxınlarının evində qalmağa məcbur olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Business Insider” Pensin yaxın ətrafındakı mənbələrə istinadən məlumat verib.

Onun hazırda harda yaşadığı dəqiq bilinməsə də, nəşrin məlumatına görə, bir mənbə Pensin İndianaya qayıtdıqdan sonra qubernator Erik Holkombun bağ evində qaldığını bildirib. Lakin Pensə yaxın iki respublikaçıya görə, cütlük hazırda onun Kolumbusdakı qardaşının yanında qalır.

Qəzet keçmiş Prezident Donald Trampın müşavirlərindən birinin sözlərini sitat gətirərək “Onun evi, yaşamaq üçün yeri yoxdur”,- deyə qeyd edib.

61 yaşlı Pensin son səkkiz ildir ki, İndiana ştatında daşınmaz əmlaka sahib olmadığı bildirilib. Bu dövrdə o, əvvəlcə İndiana qubernatoru, daha sonra ABŞ-ın vitse-prezidenti kimi rəsmi iqamətgahlarda yaşayıb.

Nəşr qeyd edir ki, keçmiş vitse-prezidentin harada qaldığı barədə dəqiq məlumatların olmaması onun təhlükəsizliyi ilə əlaqəlidir. Belə ki, prezident seçkilərinin Konqresdə təsdiqlənməsini əngəlləməkdən imtina etdikdən sonra Pens Tramp tərəfdarlarının təhdidləri ilə üzləşib.