Dünya ulduzu Maykl Ceksonun atası, musiqi meneceri Cozef Cekson (Co Cekson) Los-Ancelesdə dünyasını dəyişib.
"Qafqazinfo" TMZ-yə istinadən xəbər verir ki, Cekson 89 yaşında həyatla vidalaşıb. Musiqiçi xərçəngin ağır diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Cozef Ceksonun 10 uşağı olub. Onların hamısı musiqi sahəsində fəaliyyət göstərib.
Son xəbərlər
Son Xəbərlər