Maykl Ceksonun qızı intihar etmək istədi

maykl-ceksonun-qizi-intihar-etmek-istedi
Oxunma sayı: 1521


"Qafqazinfo"nun xarici mətbuata əsasən verdiyi xəbərə görə, ötən gün 15 yaşlı yeniyetmə Los Ancelesdəki xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə gələn təcili yardım maşının həkimi Perisin damarlarını kəsdiyini deyib. İntihara cəhd nəticəsində 15 yaşlı qıza ilk yardım göstərilib. Qızcığazın anası Debbi Rou da olanları təsdiqləyib.

 Xatırladaq ki, Peris Cekson  2009-cu ildə 51 yaşında dünyasını dəyişən Maykl Ceksonun üç uşağından yeganə qız olanıdır.

Raminə