Maykl Essyen Azərbaycanla vidalaşdı

maykl-essyen-azerbaycanla-vidalasdi
Oxunma sayı: 2418

“Səbail”dən ayrılan Maykl Essyen Azərbaycanla vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, 38 yaşlı ulduz futbolçu İnstaqram səhifəsində paylaşım edib. Qanalı yarımmüdafiəçi Ermənistan – Azərbaycan sərhədində baş verənlərlə bağlı yenidən ölkəmizə dəstəyini göstərib və burada oynamağın onun üçün xoş olduğunu bildirib: "Güclü və təhlükəsiz olun. Yenidən görüşənədək".

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin mart ayından "Səbail"də çıxış edirdi.