Maykl Georq Link prezidentin əfv fərmanını alqışlayıb

maykl-georq-link-prezidentin-efv-fermanini-alqislayib
Oxunma sayı: 880

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Georq Link prezident İlham Əliyevin 140-dan çox məhbusa şamil edilən əfv sərəncamını alqışlayıb.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, M.G.Link əfv sərəncamını Azərbaycanın ATƏT-in öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müsbət addım adlandırıb.

O, rəhbərlik etdiyi təşkilatın insan haqları sahəsindəki proqramlar və öhdəliklərin həyata keçirilməsində Azərbaycanla sıx işləməyə davam edəcəyini bildirib.