Amerikalı aktyor Yan-Maykl Vinsent ürəktutmasından dünyasını dəyişib. “Qafqazinfo”nun “The Hollywood Reporter” jurnalına istinadən xəbərinə görə, o, 74 yaşında Şimali Karolina ştatında vəfat edib.
Məlumata görə, Vinsent fevralın 10-da ölsə də, bu barədə informasiya mətbuata yeni məlum olub.
Jurnal qeyd edir ki, aktyor uzun illər içki və narkotik aludəçiliyinə qarşı mübarizə aparıb.
Son xəbərlər
Son Xəbərlər