“Maylo” “Ford”da külli miqdarda narkotik aşkarladı - Foto

maylo-fordda-kulli-miqdarda-narkotik-askarladi
Oxunma sayı: 1662

Biləsuvar gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “İveco Ford” markalı yük avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

“Qafqazinfo” xəbər verir ki, sorğu-sual zamanı o üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı onun üzərində olan qara rəngli gödəkçənin hər iki cibindən, gömrük nəzarətinə bəyan olunmayan 20 ədəd "Tramadol 100" həbləri aşkar edilib.

Daha sonra avtomobilə “Maylo” ləqəbli kinoloji xidməti itin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı isə xidməti it avtomobilin kabin olan hissəsinə reaksiya verib və avtomobil əsaslı yoxlanılıb. 

Yoxlama zamanı avtomobilin kabinindən malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 7 ədəd müxtəlif ölçülü plastik qablarda, ümumi çəkisi 2532 qram olan narkotik vasitə - heroin, 3144 qram narkotik vasitə - tiryək, 373 qram psixotrop maddə - metamfetamin, 30 ədəd FM 40 nişanəsi olan metadon adlı həb və 0,575 litrlik qabda metadon məhlulu aşkarlanıb.