Mayya təqvimi düz deyilmiş

mayya-teqvimi-duz-deyilmis
Oxunma sayı: 642

“Qafqazinfo”nun ANS-PRESS-ə istinadən verdiyi xəbərə görə, tanınmış Kanada astroloqu Tim Stivens öz veb-saytında bildirib ki, 2012-ci il dekabrın 21-də dünyanın sonu olacağı barədə Mayya hindularının təqviminin göstərdiyi məlumat doğru deyil. Stivens yazıb ki, dekabrda dünyanın sonunun olmasının şansı istənilən başqa ilin istənilən başqa ayının şansı qədərdir. "Mən Mayyanın dünyanın sonu barədə öncəgörməsinə inanan insanlara xoşbəxt Milad bayramı arzulayıram. Həmin tarixdən o tərəfdə - dekabrın 21-dən sonra görüşənədək”.

Onun sözlərinə görə, 21 dekabrda planetlər arasında baş verəcək mənfi və müsbət aspektlər barədə çox sayda məktublar daxil olur. “Məsələ bundadır ki, yalnız bu dekabr ayında 13 müxtəlif planetar aspekt baş verəcək ki, bu da Günəş sistemi yaranandan bəri hər bir ay orta saydır. Əgər bura Ayı da daxil etsək, onda dekabr üçün onların sayı 94-ə çatacaq. Bu da praktiki olaraq normal orta aylıq göstəricidir. Buna görə də dekabrı dünyanın son ayı kimi göstərmək açıqca yanlışlıq olardı”, - deyə astroloq bildirib.

"Nəzərə çarpacaq maqnitudanın “zəlzələyə” bənzər bir effekti 30 dekabrda baş verəcək. Ancaq bu konkret aspekt (Günəşlə Plutonun birləşməsi) son dörd milyard ildə demək olar ki, hər il müşahidə edilir. Planetlərin yeganə dağıdıcı potensiala malik birləşməsi dekabrın 25-də müşahidə olacaq. Bu konkret aspekt də ildə iki dəfə baş verir. Bu il üçün üçüncü önəmli aspekt isə artıq noyabrın 21-də baş verib, o da ildə bir dəfə müşahidə edilir. Martda, iyunda və sentyabrda da önəmli aspektlər müşahidə edilib", - deyə astroloq fikrini yekunlaşdırıb.

Astroloqlar planetlər arasındakı bucaq məsafəsini aspekt adlandırırlar. Astroloji aspektlər planetlərlə ulduz falının həssas zonaları arasında əlaqəni göstərir. Astrologiyaya görə, aspektlər planetlərin bir-birinə harmonik, yaxud güclü və ya zəif, açıq və ya gizli təsir etməsini göstərir.