Mbappe 90 milyon avro bonus ala bilər

mbappe-90-milyon-avro-bonus-ala-biler
Oxunma sayı: 2112

PSJ-nin futbolçusu Kilian Mbappe klubdan ayrılmasa, böyük məbləğdə bonus alacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu bu yay Paris təmsilçisində qalsa, 90 milyon avro bonus alacaq.

Kilianın PSJ-dən narazı olduğu qeyd edilir. Keçən yay klubun transfer bazarındakı işi onu qane etməyib. Bu, təkcə komandaya gələn oyunçularla bağlı deyil, klubu tərk edənlərə də aiddir. Üstəlik, Mbappeni PSJ-nin mövsüm başlamazdan əvvəl ona lazım olan bonusu ödəməməsi də əsəbiləşdirib.

Fransalı futbolçu bu mövsüm PSJ-nin heyətində 41 oyunda 40 qol vurub.