Mbappe bu göstəricidə Messi və Ronaldonu qabaqladı

mbappe-bu-gostericide-messi-ve-ronaldonu-qabaqladi
Oxunma sayı: 1684

Dünya çempionatının 1/8 final mərhələsinin Polşa ilə görüşündə (3:1) dubla imza atan Fransa millisinin hücumçusu Kilian Mbappe vurduğu qolların sayını 250-yə çatdırıb. 

“Qafqazinfo” xəbər verir ki, polşalılarla matç fransız üçün 360-cı oyun olub. 

Mbappeyə bu göstəriciyə çatmaq üçün portuqaliyalı hücumçu Kriştiano Ronaldodan (510) 150, PSJ-nin hücumçusu Lionel Messidən (379) 19 oyun az lazım olub.

O, dörd oyunda beş qol vurmaqla hazırda Qətərdəki dünya çempionatının bombardiridir. 

Xatırladaq ki, Fransa 1/4 finalda İngiltərə ilə qarşılaşacaq.