Mbappe ÇL-də ən yaxşı seçildi

mbappe-cl-de-en-yaxsi-secildi
Oxunma sayı: 943

UEFA Çempionlar Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu ada Fransanın PSJ klubunun ulduz futbolçusu Kilian Mbappe layiq görülüb.

23 yaşlı hücumçu İspaniyada “Barselona”ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.

Qeyd edək ki, Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına “Liverpul”dan (İngiltərə) Məhəmməd Salah, “Borussiya”dan (Dortmund, Almaniya) Erlinq Haland və “Portu”dan (Portuqaliya) Serjio Oliveyra da namizəd idi.