Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın “Barselona” klubu ilə cavab oyunu Fransa çempionu PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
“Qafqazinfo” xəbər verir ki, 1:1 hesabıyla bitən matçda komandasının yeganə qolunu 25-ci dəqiqədə penaltidən dəqiq yararlanan Mbappe vurub.
Bununla da fransız futbolçu Avropanın ən nüfuzlu klub turnirində vurduğu qolların sayını 25-ə çatdırıb. O, ÇL-də 25 qol vurmağı bacaran ən gənc (22 yaş 80 gün) futbolçuya çevrilib.
Bundan əvvəlki rekord Lionel Messiyə (22 yaş 286 gün) məxsus idi.
Son xəbərlər
Son Xəbərlər