Fransalı hücumçu Kilian Mbappenin növbəti mövsüm PSJ-də olacağı rəsmiləşib.
"Qafqazinfo" "RMC Sport"a istinadən xəbər verir ki, hücumçu müqaviləni yeniləmək istəmədiyi üçün PSJ oyunçunu satmaq niyyətində idi.
Lakin onun müqaviləsinin vaxtı uzadılıb. Buna görə də “Real Madrid”in onunla bağlı transfer məsələsi iyulun 9-dan dayandırılıb.
Qeyd edək ki, hazırkı müqavilə 2023/24 mövsümünün sonuna qədərdir.
Son xəbərlər
Son Xəbərlər