Mbappe həftədə 683 min avro qazanacaq

mbappe-heftede-683-min-avro-qazanacaq
Oxunma sayı: 1814

PSJ hücumçusu Kilian Mbappenin müqaviləsini uzatmaq istəyir.

“Qafqazainfo” xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı hücumçunun maaşını həftəlik 683 min avroya yüksəltməyə hazırdır. Fransalı futbolçu PSJ-də qalmağa qərar versə, komandanın digər üzvü Neymarla eyni məvacibi alacaq.
 
Məlumata görə, Mbappe PSJ-də qalmaq istəyir. Ulduz futbolçunun paytaxt klubu ilə sazişi 2022-ci ilin iyunun 30-dəkdir.