PSJ-dən ayrılan Kilian Mbappe “Milan”da oynamaq istədiyini etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Sky Sports”a danışıb.
Hücumçu ailəsinin də “Milan” azarkeşi olduğunu vurğulayıb: “Nə baş verə biləcəyini heç vaxt bilmirsən. Həmişə deyirdim ki, bir gün İtaliyaya getsəm, “Milan”ı seçəcəm. Uşaqlıqda mən “Milan”ın böyük fanatı idim. İndi də A seriyasında onların hər oyununu izləyirəm”.
Qeyd edək ki, 25 yaşlı fransızın “Real” da olacağı xəbərləri yayılmışdı.