Mbappe “Real”a gedir?

mbappe-reala-gedir
Oxunma sayı: 3607

“Real Madrid” futbol klubunun prezidenti Florentino Peres “Paris Sen-Jermen”in və Fransa millisinin hücumçusu Kilian Mbappenin mümkün transferi haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə bir fanatın Peresdən PSJ-nin ulduz hücumçusu ilə müqavilə imzalayıb-imzalamayacağını soruşduğu video yayılıb.

Madrid klubunun rəhbəri, “Bəli, amma bu il deyil”, - deyə cavab verib.

Qeyd edək ki, 2022-ci ilin mayında Mbappe PSJ ilə müqaviləsini 2023/24 mövsümünün sonuna qədər uzadıb. Müqavilənin daha bir il uzadılması variantı var. Futbolçu 2017-ci ildən Paris klubunda çıxış edir.