Mbappe sənədli film çəkir

mbappe-senedli-film-cekir
Oxunma sayı: 1406

“Real Madrid”in hücumçusu Kilian Mbappe PSJ-nin futbolçusu olduğu 2023-cü ilin yayından bəri həyatında baş verən hadisələri işıqlandıracaq sənədli film hazırlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

Qeyd olunur ki, filmdə Mbappenin PSJ-dəki son ayları və Madrid klubuna keçidi təsvir olunacaq.  Layihəyə, 25 yaşlı hücumçunun ailəsi ilə yaxın əlaqələri olan fransız prodüser Antuan Le Roy rəhbərlik edir.

Xatırladaq ki, iyunun 3-də Mbappe rəsmi olaraq “Real Madrid”in oyunçusu olub. Klub iyulun 16-da “Santyaqo Bernabeu” stadionunda forvard üçün təntənəli təqdimat mərasimi keçirib.